ABŞ-da qatar qəzası:48 sərnişin yaralanıb

ABŞ-da qatar qəzası:48 sərnişin yaralanıb
  01 Oktyabr 2013    Oxunub:889
ABŞ-da qəribə qatar qəzası baş verib.
Maşinistsiz 4 vaqonlu qatar, sərnişin daşımağa hazırlaşan başqa bir qatarla toqquşub. Nəticədə azı 48 sərnişin yaralanıb. Qəzadan sonra əraziyə xeyli sayda təcili tibbi yardım maşınları cəlb olunub.

Yaralılar xəstəxanalara yerləşdirilib. Çikaqoda baş verən qəza ilə bağlı polis araşdırmalara başlayıb. Qatarın maşınistsiz necə hərəkətə keçdiyi qaranlıq olaraq qalır. Ehtimal olunur ki, kimsə həmin qatarı qaçırmağa çalışıb.



AzVision.az


Teqlər:





Xəbər lenti