Somalidə partlayış, azı 20 nəfər ölüb

  24 Fevral 2018    Oxunub : 505
Somalidə partlayış, azı 20 nəfər ölüb
Somalinin paytaxtı Moqadişoda törədilən iki partlayış nəticəsində azı 20 nəfər həlak olub, 20 nəfər yaralanıb.
“Əl-Cəzirə” telekanalının yaydığı məlumata əsasən, partladılan avtomobillərdən biri prezident sarayının, digəri şəhərdəki otellərdən birinin yaxınlığında olub. Partlayışların ardınca ərazidə atışma baş verib.

Partlayışlara görə məsuliyyəti “Əl-Qaidə” ilə sıx əlaqələri olan “Aş-Şabab” terror qruplaşması öz üzərinə götürüb.

AzVision.az

Teqlər: Somali   Terror   Partlayış