Litvada möhtəşəm Xocalı flaşmobu - VİDEO

  24 Fevral 2018    Oxunub : 1991
Litvada möhtəşəm Xocalı flaşmobu - VİDEO
Azərbaycanın Litvadakı səfirliyinin dəstəyi ilə Litva Azərbaycanlı Gənclər Təşkilatının fəal üzvləri Vilnüsün mərkəzində Neris çayının sahilində Xocalı soyqırımına həsr olunmuş flaşmob keçiriblər.
AzVision.az xəbər verir ki, Vilnüs şəhər meriyasının xüsusi icazəsi ilə keçirilən tədbir Vilnüs sakinlərinin və qonaqlarının ən çox hərəkət etdiyi yerdə və meriyanın qarşısında baş tutub.



100 kv.m sahədə 2000 ədəddən çox xüsusi konstruksiyalı şamdan istifadə edilərək #KHOJALY hərfləri bütün gecə boyu yandırılıb. Vilnüs və Kaunas universitetlərində təhsil alan azərbaycanlı tələbələrlə yanaşı litvalı gənclər də bu flaşmobun təşkilində fəallıq göstəriblər.

Bundan öncə Səfirliyin və Litva Qan Mərkəzinin təşkilatçılığı ilə Xocalı qurbanlarına həsr olunmuş qan vermə aksiyası keçirilib. Qan vermə aksiyasında diplomatlarla yanaşı, diaspor nümayəndələri, tələbələrimiz, litvalı gənclər iştirak ediblər.

Anar Kəlbiyev
AzVision.az

Teqlər: Litva   Xocalı