İctimai Birlikdən təhsillə bağlı çağırış

"Müəllim-şagird münasibətlərinin zorakılıq səviyyəsinə gəlib çıxması pedaqoq hazırlığı ilə birbaşa bağlı olan məsələdir. Bəzən tədris təlimi kölgədə qoyur. Bu da uşaqların şəxsiyyət kimi formalaşmasına mane olur. Uşaqların özünü təqdim etmək, öz bilik bacarıqlarını nümayiş etməklə bağlı çox çətinlikləri olur, yəni çəkinirlər, çünki tərbiyə bu cür verilib. Burada ailə ilə yanaşı, müəllimlərin də günahı var. Azərbaycan məktəbləri şəxsiyyət yetişdirmək baxımından çox zəifdir. Çünki məktəblərdə müəllim çoxdur, pedaqoq azdır. Cəmiyyətin müəllimlərdən gözləntiləri də az deyil. Ona görə müəllimlər ciddi hazırlanmalıdır. Bəzən müəllimin hər hansı bir şagirdlə yaxşı münasibəti olmur, bunun əsas səbəbi pedaqoqların "uşaqların dili"ni bilməməsidir. Müəllim uşağı anlamırsa, problem oradan başlanır", - Səfərova bildirib.
"Gənc Vətəndaş" İctimai Birliyi ali pedoqoji təhsil müəssisələrinin rəhbərlərinə müraciət edərək təklif edir ki, yeni tədris proqramına uşaq hüquqları ilə bağlı fənn salınsın: "Bu müəllimləri yeni dövrün çağırışlarına hazırlamaq baxımından önəmlidir. Çünki onlar təkcə müəllim yox, həm də pedaqoq kimi hazırlanmalıdırlar".
Teqlər: