Quş qripi ilə bağlı növbəti monitorinq keçiriləcək

Quş qripi ilə bağlı növbəti monitorinq keçiriləcək
  01 Oktyabr 2013    Oxunub:1348
“Quş qripi” ilə bağlı il başlayandan quşların yaz miqrasiyası dövründə dörd dəfə monitorinq aparılıb”.

Bunu AzVision.az-a açıqlamasında Dövlət Baytarlıq Xidmətinin mətbuat katibi Yolçu Xanvəli bildirib. Onun sözlərinə görə, həmin vaxt quş qripi xəstəliyi aşkar edilməyib.

`Quşların növbəti miqrasiyası Şimal tərəfdən olacaq. Həmin quşlar bir müddət ölkəmizin müəyyən bir hissəsində məskunlaşırlar və daha sonra isə cənub ölkələrinə gedirlər. Şimaldan miqrasiyanı gözləyirik. Bu miqrasiyanın pik nöqtəsi başlayanda növbəti monitorinqlərə başlayacağıq. Monitorinq aparılan dövrdə tək çöl quşlarının qan nümunələri deyil, təsərrüfat və ev quşlarından da qan nümunələri götürülüb. Bu qan numunələri müayinə olunur və araşdırma aparılır. Bu günədək olan araşdırmaların nəticələrinə görə, quş qripinin heç bir əlaməti aşkar olunmayıb. Növbəti monitorinq noyabr-dekabr aylarında aparılacaq`

Şahanə


Teqlər:





Xəbər lenti