Cüdoçumuz “Böyük dəbilqə”də gümüş qazandı

Cüdoçumuz “Böyük dəbilqə”də gümüş qazandı
  25 Fevral 2018    Oxunub:1674
Azərbaycan cüdoçusu Rüstəm Orucov Almaniyanın Düsseldorf şəhərində keçirilən “Böyük dəbilqə” turnirində gümüş medala sahib olub.
73 kiloqram çəki dərəcəsində mübarizə aparan 27 yaşlı idmançı avstraliyalı Ceyk Benstedi, tacikistanlı Bəhruz Xocazodanı, ermənistanlı Ferdinand Karapetyanı məğlub edərək yarımfinala yüksəlib.

Yarımfinalda almaniyalı İqor Vandtkeni məğlub edən idmançımız finalda yaponiyalı Şohei Ono ilə qarşılaşıb. Yaponiyalı idmançı üstün olduğundan cüdoçumuz turniri gümüş medalla başa vurub.

AzVision.az


Teqlər: Cüdo   Rüstəm-Orucov  





Xəbər lenti