Somalidə partlayışlarda 38 nəfər ölüb

Somalidə partlayışlarda 38 nəfər ölüb
  25 Fevral 2018    Oxunub:1509
Ötən gün Somalinin paytaxtı Moqadişoda törədilən iki partlayış nəticəsində 38 nəfər həlak olub, 20 nəfər yaralanıb.
Məlumata görə, Moqadişoda partlayıcı maddə ilə doldurulmuş iki avtomobil partladılıb. Avtomobillərdən biri prezident sarayının yaxınlığında, digəri otelin qarşısında partladılıb.

Partlayışlara görə məsuliyyəti "Aş-Şabab" terror qruplaşması öz üzərinə götürüb.

AzVision.az



Teqlər: Somali   Partlayış  



Xəbər lenti