Parlament bu qanun layihələrini müzakirə edəcək

Parlament bu qanun layihələrini müzakirə edəcək
  04 Mart 2013    Oxunub:1596
Plenar iclasda 12 məsələ müzakirəyə çıxarılacaq
Sabah Milli Məclisin plenar iclası keçiriləcək. Parlamentin mətbuat xidmətindən verilən məlumata görə, plenar iclasda 12 məsələ müzakirəyə çıxarılacaq.

1. Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi haqqında.
2. Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
3. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
4. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"də dəyişikliklər edilməi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
5. "Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikasında 30 gundən artıq yaşamaq istəyən əcnəbilərin xüsusi sənədləri haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
6. "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
7. Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi"ndə dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
8. "Məlumat azadlığı haqqında" Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
9. Pirallahı rayonunun ərazisində Pirallahı bələdiyyəsinin yaradılması haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
10. "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
11. Masallı rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
12. "Uşaqların icbari dispanserizasiyası" haqqında Azərbaycan Respublikasının qanununun layihəsi barədə (ikinci oxunuş)

AzVision.az



Teqlər:  





Xəbər lenti