Türkiyədə hərbçilər qəzaya düşdü - 23 yaralı

  25 Fevral 2018    Oxunub : 996
Türkiyədə hərbçilər qəzaya düşdü - 23 yaralı
Türkiyənin Antalya əyalətində hərbçiləri daşıyan avtobus aşıb.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Kestel qəsəbəsi yaxınlığında baş verən qəza nəticəsində azı 23 nəfər xəsarət alıb.

Məlumata görə, qəzaya sürücünün idarəetməni itirməsi səbəb olub. Yaralılardan 22-si hərbçi, biri isə avtobus sürücüsüdür.

Xəsarət alanlar Antalya xəstəxanalarına yerləşdirilib, onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

AzVision.az

Teqlər: Türkiyə   Qəza   Hərbçi