Qış Olimpiya Oyunları başa çatdı

  25 Fevral 2018    Oxunub : 970
Qış Olimpiya Oyunları başa çatdı
Cənubi Koreyanın Pxençan şəhərində keçirilən Qış Olimpiya Oyunları başa çatıb.
Norveç millisi “Pxençan-2018” Qış Olimpiya Oyunlarının medal sıralamasında birinci olub. Bu ölkənin hesabında 14 qızıl, 14 gümüş və 11 bürünc medal var. Almaniya (14-10-7) ikinci, Kanada (11-8-10) üçüncü, ABŞ (9-8-6) dördüncü, Niderland (8-6-6) isə beşinci pillədə qərarlaşıb. Ümumilikdə 30 ölkənin idmançıları medalçılar arasında yer alıblar.

“Pxençan-2018” Olimpiya Oyunlarında 92 ölkədən 2952 idmançı iştirak edib. Bu, indiyə qədər Qış olimpiadalarında iştirakçıların sayına görə rekord göstəricidir. Oyunlara ən çox idmançı ilə qatılan ölkə Amerika Birləşmiş Ştatları (242 atlet) olub.

Oyunlarda Azərbaycan dağ xizəkçiliyi yarışlarında təmsil olunub.

AzVision.az

Teqlər: Olimpiada   Cənubi-Koreya