Britaniyada güclü partlayış – 4 ölü (VİDEO)

Britaniyada güclü partlayış – 4 ölü (VİDEO)
  26 Fevral 2018    Oxunub:2372
Böyük Britaniyanın Lester şəhərində güclü partlayış baş verib. Hadisə nəticəsində dörd nəfər həlak olub.
AzVision.az “BBC”-yə istinadən xəbər verir ki, məlumatı Britaniya polisi təsdiqləyib. Bildirilib ki, partlayış dünən axşam saatlarında qeydə alınıb.

"19:19-da (Bakı vaxtı ilə 22:19-da) Lester şəhəri, Hinkli-roudda böyük insident baş verib",- deyə polisin məlumatında bildirilib.

Britaniya polisi hadisənin terror aktı olmadığını hesab edir.



Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Böyük-Britaniya   Lester  



Xəbər lenti