Çavuşoğlu Xocalı soyqırımı ilə bağlı "tvit" atdı

Çavuşoğlu Xocalı soyqırımı ilə bağlı "tvit" atdı
  26 Fevral 2018    Oxunub:3447
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Xocalı soyqırımı ilə bağlı “Twitter” sosial şəbəkəsində paylaşım edib.
“Erməni Silahlı Qüvvələri 26 fevral 1992-ci ildə Azərbaycan torpağı olan Dağlıq Qarabağda, Xocalı şəhərində yüzlərlə azərbaycanlı məsum qardaşımızı, soydaşımızı vəhşicəsinə qətlə yetirdi. Xocalı qətliamını unutmadıq, unutdurmayacağıq, təkrar yaşanmasına imkan vermiyəcəyik”, - deyə Çavuşoğlu bildirib.



Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Xocalı   Türkiyə  



Xəbər lenti