"Zeytun budağı"nın 38-ci günü - Neçə terrorçu öldürülüb?

"Zeytun budağı"nın 38-ci günü - Neçə terrorçu öldürülüb?
  26 Fevral 2018    Oxunub:1785
Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi antiterror əməliyyatlarının 38-ci gününə olan hesabat açıqlanıb.

AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, "Zeytun budağı" əməliyyatında indiyədək 2059 terrorçu zərərsizləşdirilib.
Uğurlu əməliyyatlar zamanı 112 mövqe PKK, PYD, YPG, İŞİD silahlılarından təmizlənib. Hazırda əməliyyatlar davam edir.

Qeyd edək ki, yanvarın 20-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində “Zeytun budağı” adlı əməliyyata başlayıb.

AzVision.az


Teqlər: Türkiyə   Afrin   Suriya  





Xəbər lenti