Azərbaycan gələn ildən gəmi istehsalına başlayacaq

Azərbaycan gələn ildən gəmi istehsalına başlayacaq
  01 Oktyabr 2013    Oxunub:1360
Bakı şəhəri yaxınlığında inşa olunan yeni gəmiqayırma zavodu üçün artıq sifarişlər var.

Təkliflər əsasən Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və BP-nin «Şahdəniz» və «Azəri-Çıraq-Günəşli» layihələri üçün lazım olan gəmilərdir.

Bunu jurnalistlərə açıqlamasında ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, Fövqəladə Hallar Nazirliyi üçün də gəmilərin layihələri hazırlanır: «Bu ilin sonu - gələn ilin əvvəli bu layihələr hazırlanacaq. Artıq gələn ildən gəmilərin inşasına başlamaq istəyirik».(apa)



Teqlər:





Xəbər lenti