“Sanksiyaların ləğvi üçün danışıqlar aparmayacağıq” - Lavrov

“Sanksiyaların ləğvi üçün danışıqlar aparmayacağıq” - Lavrov
  26 Fevral 2018    Oxunub:1404
Moskva Avropa İttifaqından sanksiyaların ləğvini xahiş etməyə və şərtlər barədə danışıqlar aparmağa hazır deyil.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
“Biz heç vaxt nə Avropa İttifaqından, nə də bu sanksiyalara qoşulan ölkələrdən onların ləğv edilməsini xahiş etmişik. Sanksiyaların ləğvi üçün şərait barədə danışıqlar aparmayacağıq”, - deyə Lavrov vurğulayıb.

Rusiyalı nazir qeyd edib ki, rəsmi Moskva əvvəlcədən razılaşdırılan istiqamətdə hərəkət etməyə davam edəcək: “Qeyri-sağlam mühitin aradan qaldırılmasını üçün biznesin istəklərinə pozitiv reaksiya verməyə hazırıq. Alman biznesmenlərin bu yaxınlarda prezident Putinlə görüşü zamanı müzakirələr aparıldı. Daha sonra prezident Fransa biznesinin nümayəndələri ilə görüşdü”.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Rusiya   Lavrov  





Xəbər lenti