Nalbandyan Məmmədyarovun olduğu iclasa qatılacaq

Nalbandyan Məmmədyarovun olduğu iclasa qatılacaq
  26 Fevral 2018    Oxunub:1603
Ermənistan xarici işlər naziri Edvard Nalbandyan 27-28 fevral tarixlərində Cenevrəyə səfər edəcək.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata əsasən, Nalbandyan BMT-nin İnsan Haqları üzrə Şurasının 37-ci iclasında iştirak edəcək. İclasda erməni nazirin çıxışı nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da BMT-nin İnsan Haqları üzrə Şurasının 37-ci iclasına qatılacaq.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Nalbandyan   Məmmədyarov   BMT  





Xəbər lenti