Erməni milyarder Moskvada həbs olundu

Erməni milyarder Moskvada həbs olundu
  26 Fevral 2018    Oxunub:2293
“Donbas Sənaye İttifaqı” şirkətinin baş direktoru, erməni əsilli biznesmen Oleq Mkrtıçyan Rusiyada həbs olunub.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Moskva Şəhər Məhkəməsi biznesmenin həbsi barədə qərar qəbul edib.
Erməni oliqarx Rusiya “Vnesheconombank”ının vəsaitlərinin mənimsənilməsində ittiham olunub.

Məlumata əsasən, Ermənistanda “Banants” (Yerevan) klubunun sahibi olan Mkrtçyanın Krasnodar diyarının qubernatoru Aleksandr Tkaçevilə münasibəti yaxşı olub və o, yerli “Kuban” futbol komandasına kömək edib.

Qeyd edək ki, “Forbes” jurnalının məlumatına görə, Mkrtçyan 2016-ci ildə Ukraynanın zəngin iş adamlarının siyahısında 33-ci yeri tutub. Onun sərvəti 1.25 milyard dollar dəyərində qiymətləndirilir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Erməni   Biznesmen   Həbs   Moskva  





Xəbər lenti