Putin Suriyaya görə generalları topladı
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Putinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, görüş zamanı Suriyada, Şərqi Qutadakı vəziyyət müzakirə olunub.
“Şərqi Qutadakı vəziyyət müzakirə olunub. Terrorçuların davam edən təxribat xarakterli fəaliyyətləri ilə bağlı narahatlıq ifadə edilib. BMT Baş Assambleyasının ötən gün qəbul etdiyi 2401 nömrəli qətnamənin həyata keçirilməsinin vacibliyi vurğulanıb”, - deyə Peskov qeyd edib.
Eldar Tanrıverdiyev
AzVision.az