Terrorçuların Türkiyə-Suriya sərhədi ilə təması kəsildi
Türkiyə Baş Qərargahının məlumatına əsasən, “Zeytun budağı” əməliyyatında indiyədək 2059 terrorçu zərərsizləşdirilib. Onların 58-i sağ ələ keçirilib.
Mülki əhalinin təhlükəsizliyini qorumaq və hərəkatı hədəfinə uğurla çatdırmaq məqsədilə bölgəyə xüsusi təyinatlı jandarm və polis dəstələri göndərilib.
Xatırladaq ki, Türkiyənin Suriya ilə sərhədindəki Afrin bölgəsinin terrorçulardan təmizlənməsinə yönəlmiş “Zeytun budağı” əməliyyatı yanvarın 20-də başlayıb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


