“Ermənilər ayaqla səs verəcəklər” - YAP
M.Qurbanlı bildirib ki, işğalçı dövlətdə siyasi və sosial-iqtisadi böhran bütün cəmiyyətə sirayət edib. Onun fikrincə, belə bir şəraitdə seçkilərin saxtalaşdırılması qarşıdurmaları daha da artırıb. «Qərbyönümlü namizəd Ovanesyan iddia edir ki, seçkidə qələbə qazanıb. Amma göründüyü kimi xaricdə bəzi dairələr Sarkisaynı müdafiə edirlər.
Təbriklərin arxasında da onun hakimiyyətdə qalmasına dəstək amili dayanır. Həmçinin, böyük dövlətlər Sarkisyanı təbrik edirlərsə, bu təbriklər ictimai rəydə müəyyən mənada sakitləşdirici rol oynamasına xidmət edir. Amma bütün bunlara baxmayaraq, işğalçı dövlətdə qarşıdurmanın davam etdəcəyi gözlənilir.
Bu seçkilərdən sonra Sarkisyan öz yerini möhkəmləndirsə, Ermənistanda mühacirət daha da yüksələcək, narazı elektorat bu ölkəni tərk etməyə başlayacaq. Necə deyərlər, ermənilər ayaqla səs verəcəklər. Yəni insanlar Sarkisyanın «qələbəsinə» ölkəni tərk etməklə münasibət bildirəcəklər»- deyə, YAP İcra katibinin vurğulayıb.