Merkelin partiyası koalisiyanı dəstəklədi

Merkelin partiyası koalisiyanı dəstəklədi
  27 Fevral 2018    Oxunub:1507
Almaniya kansleri Angela Merkelin sədri olduğu Xristian-demokratik ittifaqının bu gün Berlində keçirilən qurultayının iştirakçıları hakim koalisiyanın sosial-demokratlarla (ASDP) formalaşdırılmasını dəstəkləyib.
TASS-ın yaydığı məlumata əsasən, qurultayın təxminən min nümayəndəsinin yalnız 27-si alyansa qarşı çıxıb.

İndi son söz ASDP-nindir. Belə ki, sosial-demokratlar fevralın 20-dən martın 2-dək mühafizəkarlarla koalisiya sazişi üzrə səsvermə keçirirlər. Səsvermədə partiyanın 460 mindən çox üzvü iştirak edir. ASDP qərarını martın 4-də elan edəcək və əgər nəticə müsbət olsa, “böyük koalisiya” üçün yekun “yaşıl işıq” yandırılacaq.

Xatırladaq ki, Bundestaqa seçkilərdən artıq 155 gün ötür, lakin yeni hökumət hələ də yoxdur. Mühafizəkarlar əvvəlcə “yaşıllar” və liberallarla uzun sürən danışıqlar aparıblar və onlar dalana dirənib. Yalnız bundan sonra ASDP ilə məsləhətləşmələr keçirmək qərara alınıb. Prosesin uzanmasına da məhz bu səbəb olub.

AzVision.az


Teqlər: Almaniya   Merkel  





Xəbər lenti