Rusiyanı tənqid edən nazir huşunu itirdi - VİDEO

Rusiyanı tənqid edən nazir huşunu itirdi - VİDEO
  27 Fevral 2018    Oxunub:3303
Ukraynanın informasiya siyasəti naziri Yuri Steçya Kiyevdə forumda çıxışı zamanı huşunu itirib.

AzVision.az “Politnaviqator”a istinadən xəbər verir ki, qısamüddətli çıxışında Steçya maksimum şəkildə “açıq və səmimi”, minimum şəkildə “diplomatik” olacağını bildirib.
Sonra nazir avropalı deputat Rebekka Harms və ABŞ-ın Ukraynadakı səfiri Mari Yovonoviçə müraciət edib.

“Siz deyirdiniz ki, Krım Ukraynadır, Rusiya isə işğalçıdır. Axtem Çiyqoza baxın. Onu məhz buna görə həbs etdilər. Növbədə sizsiniz”, - deyə nazir bildirib və tribunadan gedib.

Bundan sonra məmur kulisə çatmamış yıxılıb. Forumun aparıcısı baş verən hadisəyə görə üzr istəyib: “Bağışlayın. Nazir xəstədir. Bizim üçün bu, normadır. Bunu anlamağınızı xahiş edirəm”.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Ukrayna   Nazir   Kiyev  





Xəbər lenti