XİN rəhbərləri Astanada görüşəcək - Gündəm Suriyadır

XİN rəhbərləri Astanada görüşəcək - Gündəm Suriyadır
  27 Fevral 2018    Oxunub:1607
Türkiyənin Xarici İşlər Nazirliyi Rusiya, Türkiyə və İran XİN rəhbərlərinin Astanada Suriya üzrə görüşü ərəfəsində məsləhətləşmələr aparır.
AzVision.az “TASS”-a istinadən xəbər verir ki, bunu Türkiyənin Qazaxıstandakı səfiri Nevzat Uyanık bildirib.

“Müvafiq tərəflərə bildirilib ki, böyük ehtimalla martın ortasında Astanada xarici işlər nazirlərinin görüşü keçiriləcək. Hazırda bu istiqamətdə işlər aparılır, qarşılıqlı məsləhətləşmələr davam etdirilir. Prinsipcə hər şey martın ortasında belə bir görüşün Astanada baş tutacağından xəbər verir”, - deyə səfir bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Rusiya   XİN  



Xəbər lenti