Qubada partlayış

Qubada partlayış
  02 Oktyabr 2013    Oxunub:2086
Qubada yaşayış evində partlayış olub
Bu gün axşam saatlarında Qubada yaşayış evində partlayış baş verib. AzVision.az APA-ya istinadən xəbər verir ki, partlayış Quba şəhəri, M.Qorki küçəsi bina 24, mənzil 18-də qeydə alınıb.

Partlayış nəticəsində Quba rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşı Elmar Umudov müxtəlif bədən xəsarətləri alaraq Quba Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır.

Hadisənin qaz sızmasından baş verdiyi ehtimal olunur. Faktla bağlı araşdırmalar davam etdirilir.


Teqlər:





Xəbər lenti