Türkiyə ilə Çexiya arasında qalmaqal - Ankara etiraz edir
“Bu qərar terror təşkilatına dəstəkdir. Əlbəttə, bu, Çexiya ilə münasibətlərimizə təsir edəcək. Salih Müslüm bir çox insanın, o cümlədən vətəndaşlarımızın qətlində əli olan terrorçudur. Bu, səhv qərardır və siyasi motivlər daşıyır, biz onu yolverilməz hesab edirik”, - deyə Bozdağ jurnalistlərə bildirib.
Qeyd edək ki, beynəlxalq axtarışa verilən YPG-nin keçmiş lideri S.Müslüm Çexiyanın paytaxtı Praqada saxlanılıb, daha sonra isə sərbəst buraxılıb.
AzVision.az