ABŞ Azərbaycanla əməkdaşlığa sadiqdir

ABŞ Azərbaycanla əməkdaşlığa sadiqdir
  28 Fevral 2018    Oxunub:1513
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Administratorunun Avropa və Avrasiya Bürosu üzrə müavini cənab Brok Birman 25 fevral tarixində üç günlük səfərlə Azərbaycana gəlib.
Bu barədə Birləşmiş Ştatların Azərbaycandakı səfirliyindən AzVision.az-a daxil olan məlumatda bildirilir.

Məlumata əsasən Birman Amerika Birləşmiş Ştatları və Azərbaycan arasında ikitərəfli əməkdaşlığı müzakirə etmək üçün vergiləz naziri cənab Mikayıl Cabbarov, birinci Vitse Prezidentin köməkçisi cənab Elçin Əmirbəyov, kənd təsərrüfatı naziri cənab Heydər Əsadov, iqtisadiyyat nazirinin meavini cənab Sahil Babayev, xarici işlər nazirinin müavini cənab Mahmud Məmmədquliyev və digər hökumət nümayəndələri ilə görüşüb.

Cənab Birman Azərbaycanda göstərilən xarici yardımı müzakirə etmək üçün ölkədə təmsil olunan beynəlxalq təşkilatlar və qurumlarla, o cümlədən Avropa Birliyi, BMT, Avropa Şurası, Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı ilə görüşlər keçirib. Bundan əvvəl isə o, həmçinin vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilə görüşərək onların fəaliyyətləri barədə öyrənib.

“Bizmi məqsədimiz ölkələrlə birgə işləyərək onların inkişaf sahəsində tərəfdaşı olmaqdır. Azərbaycan üçün daha təhlükəsiz, demokratik və firavan gələcəyin qurulmasında ABŞ-ın Azərbaycanla birgə çalışmağa sadiq olduğunu vurğulamaq üçün buradayam. Azərbaycanın inkişafına daha səmərəli töhfə verə bilməyimiz üçün Azərbaycan hökuməti tərəfindən daha çox dəstəyə ümid edirik.” səfər zamanı cənab Birman söyləyib.

28 fevral tarixində cənab Birman Xaçmaza səfər edərək yerli icma üzvləri, habelə USAID və Azərbaycan hökumətinin dəstəklədiyi layihələrdən faydalanan şəxslərlə görüşəcək.

Bu, Brok Birmanın Azərbaycana ikinci səfəridir. İlk dəfə o, 2003-cü ildə Avropa və Avrasiya Bürosunda Aparat rəhbəri olduqda gəlmişdir. Cənab Birman Rod Aylend ştatının Nümayəndələr palatası, USAID, ABŞ Fövqəladə Halların İdarəedilməsi Federal Agentliyi, ABŞ Daxili İşlər Departamenti, habelə özəl sektorda tutduğu aparıcı vəzifələrdə böyük təcrübəsi vardır və region haqqında xeyli bilgiyə malikdir. 2002-2007-ci illərdə o, Avropa və Avrasiya Bürosunda Aparat rəhbəri işləyib. Bu vəzifədə o, Büronun strateji prioritetlərini həyata keçirib, habelə region daxilində münaqişə nəticələrinin aradan qaldırılması, demokratiya, səhiyyə və ticarət sahəsində təşəbbüslərə nəzarət edib. O həmçinin Büronun ictimai fəaliyyətlərinin bütün aspektlərini idarə edib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: ABŞ   USAİD  





Xəbər lenti