“Ermənilərin gəlmə olduğunu Herodot təsdiq edir” - Akademik
Y.Mahmudovun sözlərinə görə, Tarix İnstitutunda aparılmış tədqiqatlar nəticəsində sübut edilib ki, 1918-ci ilə qədər Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb. Böyük dövlətlərin və Osmanlı imperiyasının bəzi siyasi dairələrinin təzyiqi ilə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1918-ci il mayın 29-da qədim Azərbaycan şəhəri İrəvanı ətrafındakı 9 min kvadrat kilometrlik ərazi ilə birlikdə ermənilərə güzəştə gedib:
"Rusiya və Avropa ölkələri ermənilər üçün heç zaman “böyük Ermənistan dövləti” yaratmayacaq. Bu onlara sərf etmir. Amma çirkin niyyətlərini həyata keçirməkdən ötrü ermənilərdən istifadə edirlər”.
Tarixçi alim qeyd edib ki, Ermənistan prezidenti Serj Sarkisyan britaniyalı jurnalist Tomas De Vaala müsahibəsində Xocalı soyqırımının təşkilatçılarından olduğunu özü etiraf edib: "Sarkisyan lovğalıqla belə deyib: “Xocalıya qədər azərbaycanlılar hesab edirdilər ki, bizimlə oyun oynaya bilərlər, onlar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bu stereotipi qıra bildik”.
AzVision.az
Teqlər: Yabud-Mahmudov