Dünyanın ən böyük brendi müəyyənləşdi

Dünyanın ən böyük brendi müəyyənləşdi
  02 Oktyabr 2013    Oxunub:1644
AzVision.az PC-yə istinadən xəbər verir ki, Apple qiymətinə görə 2013-cü ilin brendi seçildi.
Interbrand korporasiyasının araşdırmalarına görə Apple, Coca-Cola-nı arxada qoyaraq 2013-cü ilin brendi oldu. Apple şirkətinin qiyməti 28% artaraq 98, 3 milyard dollar olaraq birinci yerə yüksəldi. Siyahıda 2-ci yeri 93,3 milyard qiyməti ilə Google şirkəti alır. Artıq 13 ildir ki, dünyanın ən bahalı brendi olan Coca-Cola 79,2 miyard dollar qiymət ilə 3-cü yerdə dayanır. 4 və 5 ci yerləri isə yenə də Amerika brendləri olan İBM (78,8 milyard dollar) və Microsoft (59,5 milyard dollar) bölüşür.

Araşdırmada qeyd edilir ki, Apple şirkətinin icraçı direktoru Tim Kukun siyasəti nəticəsində və əlbətdəki bütün dünyada olan fanatları (Bunu İphone 5c/5s modelinin rekord istehsalı ilə sübut etmək olar) nəticəsində hazırda şirkət ən stabil vəziyyətindədir.

2000-ci ildən bu yana hər il dünya brendlərinin fəaliyyətlərin, rəqabətin və satış reytinqini izləyərək araşdırma aparılır. Dünyanın ilk 10 ən böyük brend siyahısın Genaral Motors 6-cı yerdə, ardıncada McDonalds, Samsung, Intel vəToyota bitirir.

Bu il texnoloji (İT) brendlərinin birdən-birə dəyərinin qalxması ilə yadda qalıb. Google 34 faiz Samsung isə 20 faiz (39,6 miyard dollar) artım yaşayıb.

Samsung Apple şirkətinin rəqibi olaraq 8-ci yerdə qərarlaşıb. Hesabatda bu yeni innovativ texnologiyaların tətbiqi, smartfon televizor və bir çox digər malların satışının yüksəlişi ilə izah edilir.


Teqlər:  





Xəbər lenti