Misirdə qatarlar toqquşdu: 19 ölü

Misirdə qatarlar toqquşdu: 19 ölü
  28 Fevral 2018    Oxunub:1215
Misirin Boheyra əyalətində yük qatarı ilə sərnişin qatarı toqquşub.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, sərnişin qatarından ayrılan iki vaqon qarşıdan gələn yük qatarının qarşısına aşıb. Nəticədə azı 19 nəfər həlak olub, 38 nəfər isə yaralanıb.

Hazırda hadisə yerində xilasedicilər və 30-dək təcili tibbi yardım avtomobili fəaliyyət göstərir. Misirin nəqliyyat naziri də qəzanın baş verdiyi əraziyə gəlib.

AzVision.az


Teqlər: Misir   Qatar  





Xəbər lenti