Rusiyanın BOK-a üzvlüyü bərpa edildi
“Bu gün biz statusun bərpası ilə bağlı Beynəlxalq Olimpiya Komitəsindən məktub aldıq. Xatırladaq ki, bu, Qış Olimpiya Oyunlarında çıxış edən rusiyalı idmançıların dopinq sınaqlarının nəticələri ilə bağlıdır. Beynəlxalq antidopinq təşkilatı da idmançılarımızda heç bir qayda pozuntusu aşkarlamadığı üçün üzvlüyümüzün bərpası ilə bağlı qərar dərhal qüvvəyə minir” - deyə ROK-un rəhbəri Aleksandr Jukov bildirib.
AzVision.az