Nazir jurnalistin ölümünə görə istefa verdi

Nazir jurnalistin ölümünə görə istefa verdi
  01 Mart 2018    Oxunub:1411
Slovakiyanın mədəniyyət naziri Marek Madariç istefa verib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, nazirin istefa verməsinə səbəb korrupsiya faktları ilə bağlı araşdırma aparan jurnalistin öldürülməsi olub.

Məlumata görə, nazir bu barədə açıqlama yayaraq, vəzifəsini tərk etdiyini bəyan edib.

"Jurnalistin öldürülməsini rahat şəkildə qəbul edə bilmərəm. Bu halda nazir kürsüsündə rahat oturmam imkansızdır" -deyə Madariç bildirib. O, bundan sonra siyasi fəaliyyətini deputat olaraq davam etdirəcəyini vurğulayıb.

Qeyd edək ki, Slovakiyada korrupsiya faktları ilə bağlı araşdırma aparan jurnalist Jan Kuciak və sevgilisi naməlum şəxslər tərəfindən qətlə yetirilib. Jurnalistin qətlinin araşdırma yazırları ilə əlaqədar olduğu iddia edilir.

AzVision.az


Teqlər: Slovakiya   Nazir   Jurnalist   İstefa   Qətl  





Xəbər lenti