ABŞ kəşfiyyatı Konqresdən 81 milyard dollar istəyir

ABŞ kəşfiyyatı Konqresdən 81 milyard dollar istəyir
  01 Mart 2018    Oxunub:1286
ABŞ-ın kəşfiyyat qurumu 2019-cu maliyyə ili üçün Konqresdən 59,9 milyard dollar istəyib.

Bu barədə TASS agentliyi kəşfiyyatın rəhbəri Deniel Koutsa istinadən məlumat yayıb. O qeyd edib ki, ümumi məbləğə xarici əməliyyatların keçirilməsi də daxildir.
Məbləğin hansı əməliyyatlara və nəyə xərclənəcəyi açıqlanmır. Qanunvericiliyə görə, kəşfiyyat idarəsi xərclər haqqında ətraflı məlumat verməmək hüququna malikdir.Bu məbləğə Müdafiə Nazirliyinin kəşfiyyatı üçün nəzərdə tutulan vəsait daxil deyil.

Pentaqon öz kəşfiyyatına Konqresdən 21,1 milyard dollar ayrılmasını xahiş edib. Beləliklə, ABŞ kəşfiyyatına 2019-cu ildə 81,1 milyard dollar lazım olacaq. Bu məbləğ 2017-ci ildə 73 milyard dollar olub.

AzVision.az


Teqlər: ABŞ   Konqres   Kəşfiyyat  





Xəbər lenti