ABŞ polisi 22 yaşlı ermənini öldürüb
Məlumata əsasən, o, hüquq-mühafizə orqanlarına zəng edərək silah və bıçağı olduğunu deyib. Hadisə yerinə gələn polis əməkdaşları əlində soyuq silah olan Nazaryandan təslim olmasını tələb edib. Lakin erməni əsilli vətəndaş buna məhəl qoymayıb və polislərin həyatına təhlükə yaradıb. Polis əməkdaşları ona atəş açmaq məcburiyyətində qalıb. Nazaryan aldığı güllə yarasından ölüb.
Beka qeyd edib ki, insident əvvəldən sona qədər lentə alınıb. Faktla bağlı istintaq aparılır.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: ABŞ Polis Erməni İnsident







Vaxtında, Aydın, Lazımlı!


