Tramp kürəkəninə qadağa qoydu

Tramp kürəkəninə qadağa qoydu
  01 Mart 2018    Oxunub:1409
ABŞ prezidenti Donald Trampın kürəkəni və müşaviri Cared Kuşnerə Ağ Evdə baş tutacaq yüksək səviyyəli təhlükəsizlik toplantılarına qatılmağa icazə verilməyəcək.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb. Məlumatda qeyd olunub ki, buna səbəb Kuşner və digər müşavirlərin təhlükəsizliyi ilə bağlı araşdırmanın yekunlaşmamasıdır.

Kuşnerin vəkili Abbe Lovel bildirib ki, bu hal onun Tramp tərəfindən verilən xüsusi vəzifələrinin icrasına maneə olmayacaq.

Xatırladaq ki, bundan əvvəl Kuşnerə Ağ Evdə baş tutan yüksək səviyyəli təhlükəsizlik toplantılarına qatılması üçün 1 illik icazə verilmişdi.

Kənan Məmmədov
AzVision.az


Teqlər: ABŞ   Kuşner   Tramp  





Xəbər lenti