Afrində daha bir kənd azad edilib

Afrində daha bir kənd azad edilib
  01 Mart 2018    Oxunub:1419
Suriyanın Afrin bölgəsində həyata keçirilən "Zeytun budağı" əməliyyatı zamanı daha bir kənd terrorçulardan azad edilib.
AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun birgə keçirdiyi əməliyyatla Şeyx Məhmətli kəndi PKK, PYD terrorçularından təmizlənib.

Son məlumata əsasən, Afrində bugünədək 2184 terrorçu zərərsizləşdirilib.

Qeyd edək ki, yanvarın 20-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində “Zeytun budağı” adlı əməliyyata başlayıb.

Əməliyyatın məqsədi Türkiyənin Suriya sərhədlərində və bölgədə təhlükəsizliyini təmin etmək, PKK/KCK/PYD-YPG və İŞİD qruplaşmalarına mənsub terrorçuları zərərsizləşdirməkdir.

AzVision.az


Teqlər: Afrin   Suriya   PKK   Terror  





Xəbər lenti