İrəvanda yapon turist özünü öldürmək istədi

İrəvanda yapon turist özünü öldürmək istədi
  01 Mart 2018    Oxunub:1333
Fevralın 28-də Ermənistanın hüquq-mühafizə orqanları xarici vətəndaşın intihar cəhdinin qarşısını alıb.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Yaponiya vətəndaşı, 48 yaşlı Emin Ota İrəvandakı "Hağtanak" körpüsünün üzərinə çıxaraq özünü aşağı atmaq istəyib. Əraziyə xilasedicilər cəlb olunub, intihar cəhdinin qarşısını almaq mümkün olub.

Yaponiyalı turistin hansı səbəbdən intihar etmək istədiyi açıqlanmayıb.

Alpər Mövlüdoğlu
AzVision.az


Teqlər: İrəvan   İntihar   Yaponiya  





Xəbər lenti