“Yaxın illər Rusiya üçün həlledici olacaq” – Putin (VİDEO)

“Yaxın illər Rusiya üçün həlledici olacaq” – Putin (VİDEO)
  01 Mart 2018    Oxunub:4314
"Rusiyanın davamlı inkişafını təmin etməyə nail olundu. Lakin sabitliyin zəifliyə çevrilməsinə imkan vermək olmaz"
AzVision.az xəbər verir ki, bunu Rusiya prezidenti Federal Məclisə müraciətində deyib.

Putin eyni zamanda qeyd edib k, yaxın illər ölkənin gələcəyi üçün həlledici olacaq. Onun sözlərinə görə, bu, seçkilərlə bağlı olmayacaq: “Söhbət texnologiyaların inkişafından gedir. Bu sahədə geri qalmaq yolverilməzdir. Bütün sahələrdə inkişafa nail olmaq lazımdır. Texnoloji cəhətdən geri qalmanın suverenliyi itirmək riskləri var. Bizdən güclü cavab gözləyirlər. Biz bu cavabı verməyə hazırıq”.

***
(13:00)

Rusiya prezidenti Vladimir Putin bu gün Federal məclisə müraciət edəcək.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Putin müraciətində ölkədəki hazırkı durum və onun siyasətinin əsas istiqamətləri barədə məlumatlandıracaq. Çıxış ilk dəfə Kremldə deyil, Manej binasında baş tutacaq.

Ümumilikdə isə tədbirdə iştirak etmək üçün rekord sayda jurnalist - 705 nəfər qeydiyyatdan keçib.



Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Putin   Rusiya   Federal-Məclis  



Xəbər lenti