Rusiya prezidenti: “Heç kim bizimlə danışmaq istəmirdi”

Rusiya prezidenti: “Heç kim bizimlə danışmaq istəmirdi”
  01 Mart 2018    Oxunub:2210
"Nüvə silahının yaradılmasına qədər xarici tərəfdaşlardan heç kim Rusiya ilə danışmaq istəmirdi və heç kim dinləmirdi. Lakin indi onlar bizi mütləq dinləməlidirlər".
AzVision.az “Rİa Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Federal Məclisə müraciətdə bildirib.

“Biz bütün bunları nə üçün edirik, kim üçün danışırıq? Biz heç bir planımızı sirr saxlamırdıq, əksinə tərəfdaşlarımızı danışıqlara cəlb etmək üçün bunu açıq şəkildə deyirdik. Xatırladıram ki, 2004-cü il idi. Təəccüblüdür ki, bizim iqtisadiyyat, maliyyə sahələrində qarşılaşdığımız problemlərə baxmayaraq, Rusiya ordusu nüvə gücü olaraq qalırdı və qalacaq. Unutmayın, heç kəs bizimlə danışmaq istəmirdi. Heç kəs dinləmirdi. İndi qulaq asın”, - deyə Putin vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Rusiya   Putin  



Xəbər lenti