Səlim Müslümov pensiyaçılarla görüşəcək

Səlim Müslümov pensiyaçılarla görüşəcək
  02 Oktyabr 2013    Oxunub:1011
Oktyabrın 4-də Ağdaşda 7 rayonun məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçıları üçün qəbul keçiriləcək.
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov 04 oktyabr 2013-cü il tarixdə, saat 11:00-da Fondun Ağdaş rayon şöbəsinin inzibati binasında bu rayondan, eləcə də Kürdəmir, İsmayıllı, Ucar, Göyçay, Şamaxı və Ağsu rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçıları üçün qəbul keçirəcəkdir. Qəbulda iştirak edəcək vətəndaşların Fondun həmin şəhər və rayon şöbələrinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla DSMF Ağdaş rayon şöbəsinə aparılıb gətirilmələri təmin ediləcək.

Fondun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, vətəndaşlar qəbula yazılmaq və əlavə məlumat almaq üçün [email protected] elektron poçt ünvanı, habelə aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

Fondun Aparatında (012) 434-12-34, Ağdaş rayon şöbəsində (020) 235 - 50 - 28, Kürdəmir rayon şöbəsində (020) 255 -02- 07, İsmayıllı rayon şöbəsində (020) 285 - 12- 02, Ucar rayon şöbəsində (020) 213 - 01- 17, Göyçay rayon şöbəsində (020) 274-61-35, Şamaxı rayon şöbəsində (020) 265-14-15 və Ağsu rayon şöbəsində (020) 226-51-07.


Teqlər:





Xəbər lenti