Netanyahu: “Ruhani qoyun dərisində canavardır”

Netanyahu: “Ruhani qoyun dərisində canavardır”
  02 Oktyabr 2013    Oxunub:1107
İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, İranın yeni prezidenti Həsən Ruhaniyə etibar etmək olmaz.
AzVision.az xəbər verir ki, Netanyahu Mahmud Əhmədinejadın varisini “qoyun dərisində canavar” və “rejimin sadiq qulu” adlandırıb. Netahyahunun sözlərinə görə, Həsən Ruhaninin prezident postuna seçilməsi ilə İranın xarici siyasətində mühüm dəyişikliklər gözləmək lazım deyil. Baş nazir əminliklə vurğulayıb ki, Tehran nüvə proqramı məsələsində əvvəlki xəttə sadiq qalacaq.

“Yalnız sərt sanksiyalar və mümkün hərbi təhdid İranı nüvə silahının yaradılmasından çəkindirə bilər. Əgər beynəlxalq cəmiyyət lazımı tədbirlər qəbul etməsə, İsrail İran tərəfindən gözlənilən təhlükədən özünü tək müdafiə etməyə hazırdır” – İsrailin baş naziri əlavə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti