Serjik gedir, yeni Sarkisyan kimdir? - DOSYE

Serjik gedir, yeni Sarkisyan kimdir? - DOSYE
  02 Mart 2018    Oxunub:18881
Xəbər verdiyimiz kimi, bu gün Ermənistan parlamentində keçirilən səsvermə nəticəsində Armen Sarkisyan ölkənin 4-cü prezidenti seçilib.

Məlumata görə, parlamentdə A.Sarkisyanın namizədliyinin lehinə 90, əleyhinə isə 10 nəfər səs verib. Bununla Ermənistanın Böyük Britaniyadakı səfiri A.Sarkisyana ölkənin yeni prezidenti postu həvalə edilib.
Qeyd edək ki, A.Sarkisyan 23 iyun 1953-ci ildə İrəvanda anadan olub. İrəvan Dövlət Universitetinin fizika və riyaziyyat fakültəsini bitirib. O, müxtəlif illərdə Ermənistanın Böyük Britaniyadakı səfiri vəzifəsini tutub.



O, bundan əlavə Avropa İttifaqı, Belçika, Niderland, Lüksemburq və Vatikanda səfir işləyib. 1995-96-ci illərdə Ermənistanın Avropa İttifaqındakı daimi nümayəndəsi olub. 1996-ci ilin noyabrından 1997-ci ilin fevralınadək Ermənistanın baş naziri olub. Armen Avropa, Rusiya, Çin, Monqolustan, Hindistan və Qazaxıstanda energetika, neft və qaz hasilatı sənayesi sahəsində fəaliyyət göstərən və 15 şirkətdən ibarət olan “Knightsbridge Group” holdinqin sahibidir.



Xatırladaq ki, Ermənistanın hazırkı prezidenti Serj Sarkisyanın səlahiyyətləri aprelin 9-da başa çatacaq.








Eldar Tanrıverdiyev
AzVision.az




Teqlər: Ermənistan   Armen-Sarkisyan  





Xəbər lenti