Mikayıl Cabbarov peşə təhsilinin önəmindən danışdı

Mikayıl Cabbarov peşə təhsilinin önəmindən danışdı
  02 Oktyabr 2013    Oxunub:1051
Bu gün 18 nömrəli Bakı Peşə Liseyində “BOSCH” Resurs Mərkəzinin açılış mərasimi keçirilib.
AzVision.az xəbər verir ki, “Dülgər, xarrat-parket ustası” ixtisası üzrə yaradılan mərkəzin açılışında təhsil naziri Mikayıl Cabbarov, Almaniyanın Azərbaycandakı səfirliyinin konsulu İnnes Hofman, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov və “BOSCH” şirkətinin MDB və Gürcüstan üzrə regional direktoru Cordan Kostaf iştirak edib.

Təhsil naziri mərasimdə çıxış edib və Təhsil Nazirliyi və “BOSCH” şirkətinin dəstəyi ilə Müasir Azərbaycan Peşəkarları Layihəsi çərçivəsində reallaşdırılan layihədən danışıb. O bildirib ki, məqsəd gənclərin ilk peşə-ixtisas təhsili müəssisələrinə marağının artırılmasıdır:

“Peşə təhsilinin inkişafı ölkəmiz üçün çox mühimdir. Birinci səbəb budur ki, Azərbaycanın iqtisadiyyatı daim hazırlıqlı peşəkarlara ehtiyac duyur. Ölkə gəncdir, inkişaf poetnsialı çox yüksəkdir. Demoqrafiyası müsbətdir və bu da o deməkdir ki, biz müasir peşəkarlar hazırlamalı, onlara sənət öyrətməliyk. Həm Azərbaycanın daxili iqtisadi tələbləri üçün, həm də gələcəkdə mümkün olan regional əmək bazarları üçün. Azərbaycan peşəkar kadrların hazırlanması üçün mərkəzə çevrilməlidir. Buna nail olmaq üçün ən müasir və yeni texnoloji biliklərin, təcrübələrin Azərbaycana gətirilməsi vacibdir. Məhz buna görə Təhsil nazirliyi həm Azərbaycanda həm də xaricdə fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıq etməkdə, peşəkar kadrlar hazılamaqda maraqlıdır.

Bu gün dünyada uğura nail olmuş və inkişaf etmiş ölkələrin əsas üstünlüyü məhz bilik və peşəkarlıqdan, insan kapitalının elm kapitalına çevrilməsindən irəli gəlir. Məhz bu məqsədləri nəzərdə tutaraq ölkə başçısı hər zaman təhsilin inkişafına, həm maddi-texniki bazanın gücləndilrilməsinə, həm də təhsilin məzmununda müasirliyin, yeniliyin tətbiq olunhmasına diqqət göstərir”.



Teqlər:  





Xəbər lenti