"Bu faciəli anda Azərbaycanın yanındayıq" - Yaqland

"Bu faciəli anda Azərbaycanın yanındayıq" -  Yaqland
  02 Mart 2018    Oxunub:2465
Avropa Şurasının Baş katibi Turbyorn Yaqland Bakının Xətai rayonunda yerləşən Respublika Narkoloji Mərkəzində baş verən yanğında insanların ölməsi ilə əlaqədar başsağlığı verib.

AzVision.az xəbər verir ki, bu barədə Avropa Şurasının yaydığı məlumatda bildirilib.
"Öz adımdan və Avropa Şurası adından ölənlərin ailələrinə, Azərbaycan hökumətinə və Azərbaycan xalqına başsağlığı diləyirəm. Bu faciəli anda Avropa Şurası Azərbaycan xalqının yanındadır", - Avropa Şurasının yaydığı məlumatda qeyd olunub.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Avropa-Şurası  





Xəbər lenti