Rusiya Bakıya səfir göndərməyə tələsmir - Zaxarova açıqladı

Rusiya Bakıya səfir göndərməyə tələsmir - Zaxarova açıqladı
  02 Mart 2018    Oxunub:1951
"Azərbaycanda səfirin olmaması münasibətlərimizə təsir etmir"

AzVision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova ölkəsinin Azərbaycana yeni səfir təyin etməməsi ilə bağlı sualı cavablandırarkən deyib.
"Rusiya Federasiyasının səfirlərini təyin etmək Rusiya prezidentinin səlahiyyətləri çərçivəsindədir. Müvafiq fərmanlar prezidentin saytında dərc olunur. Bu, onun müstəsna səlahiyyətindədir", - Zaxarova vurğulayıb.

Onun sözlərinə görə, Rusiya-Azərbaycan münasibətləri inkişaf edir: "Bakıdakı səfirliyimiz işləyir, Moskvadakı azərbaycanlı həmkarlarla əlaqələri davam etdirir".

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Zaxarova   Rusiya   XİN  





Xəbər lenti