Gürcüstan XİN: “Bakıdakı yanğına görə şok keçirdik”

Gürcüstan XİN: “Bakıdakı yanğına görə şok keçirdik”
  02 Mart 2018    Oxunub:2760
Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) Bakıda Narkoloji Dispanserdə baş vermiş yanğınla əlaqədar Azərbaycana başsağlığı verib.

AzVision.az xəbər verir ki, bu barədə Gürcüstan XİN-in rəsmi “Twitter” səhifəsində məlumat yerləşdirilib.
“Bakıdakı dəhşətli yanğına görə üzüntü və şok keçirdik. Yanğın zamanı ölənlərin ailələrinə dərin hüznlə başsağlığı veririk, xəsarət alanlara isə tezliklə sağalmağı arzulayırıq. Belə çətin anlarında Gürcüstan Azərbaycanın yanındadır”, - deyə Gürcüstan XİN-in məlumatında qeyd olunub.

Qeyd edək ki, bu gün səhər saatlarında Respublika Narkoloji Mərkəzində baş verən yanğın nəticəsində 25 nəfər həlak olub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Gürcüstan   XİN   Yanğın  





Xəbər lenti