Duma sədri Oqtay Əsədova başsağlığı verib

Duma sədri Oqtay Əsədova başsağlığı verib
  02 Mart 2018    Oxunub:1846
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Bakıda Narkoloji Mərkəzdə baş verən yanğınla əlaqədar Milli Məclisin sədri Oqtay Əsədova başsağlığı verib.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının saytında məlumat yerləşdirilib.

“Rusiya Dövlət Dumasının deputatları və şəxsən öz adımdan Bakıda Narkoloji Mərkəzdə insan ölümləri ilə nəticələnən yanğınla əlaqədar başsağlığı verirəm. Həlak olanların yaxınlarına başsağlığımızı ifadə edir, xəsarət alanların isə tezliklə sağalmasını diləyirik”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, bu gün səhər saatlarında Respublika Narkoloji Mərkəzində baş verən yanğın nəticəsində 25 nəfər həlak olub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Duma   Rusiya  





Xəbər lenti