"Qardaş Azərbaycan xalqının acısını bölüşürəm" - Nazarbayev

"Qardaş Azərbaycan xalqının acısını bölüşürəm" - Nazarbayev
  02 Mart 2018    Oxunub:2491
Qazaxıstan prezidenti Nursultan Nazarbayev Bakı şəhərində baş verən yanğın nəticəsində çoxsaylı insan ölümü ilə bağlı azərbaycanlı həmkarı İlham Əliyevə başsağlığı verib.
AzVision.az xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin rəsmi saytı məlumat yayıb.

"Mən qardaş Azərbaycan xalqının acısını bölüşürəm. Həm özümün, həm də Qazaxıstan xalqı adından sizə və ölənlərin ailələrinə başsağlığı verirəm, xəsarət alanların tezliklə sağalmasını diləyirəm", - deyə Nazarbayevin başsağlığı teleqramında bildirilib.

Qeyd edək ki, bu gün səhər saatlarında Respublika Narkoloji Mərkəzində baş verən yanğın nəticəsində 25 nəfər həlak olub.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Nazarbayev   Yanğın   Başsağlığı  





Xəbər lenti