DİM yeni sınaq imtahanı keçirəcək

DİM yeni sınaq imtahanı keçirəcək
  03 Mart 2018    Oxunub:2731
Dövlət qulluğuna qəbul olunmaq istəyənlərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti - yeni test tapşırıqlarının istifadə ediləcəyi sınaq imtahanı keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən (DİM) AzVision.az-a verilən məlumata görə, sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə martın 10-da təşkil olunacaq. İmtahan saat 10:00-da başlanacaq.

Namizədlər imtahanı DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanındakı binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. Qeyd olunan imtahanda iştirak üçün online qeydiyyat martın 10-da saat 9:00-da başa çatacaq. Qeydiyyatdan keçmək üçün https://azvision.az/redirect.php?url=http://eservices.dim.gov.az/dqq/Exam/TestExamRegCom keçidinə daxil olmaq lazımdır.

Sınaq imtahanında iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. “Şəxsi kabinet”dəki hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilmişdir) faydalanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait (30 manat) qoyulduqdan sonra sınaq imtahanlarında iştirak üçün DİM-in saytında online qeydiyyatdan keçmək lazımdır.

Sınaq imtahanında yeni test tapşırıqlarından istifadə ediləcək.

AzVision.az


Teqlər: DİM   İmtahan   Sınaq  





Xəbər lenti