Ruslar 8 Martı Bakıda qeyd etmək istəyirlər

Ruslar 8 Martı Bakıda qeyd etmək istəyirlər
  03 Mart 2018    Oxunub:2643
Azərbaycan 8 Mart Beynəlxalq Qadınlar günündə rus turistlərin istirahət üçün ən çox getmək istədikləri 10 ölkə arasında yer alıb.

AzVision.az xəbər verir ki, bu barədə “Skyscanner” şirkəti məlumat yayıb.
Şirkətin apardığı araşdırmaya əsasən, rus turistlərin seçimində Türkiyə birinci yerdədir. Növbəti yerlərdə Milan, Praqa, Roma, Paris, Barselona, Bakı, Tbilisi, Münxen və Dubay qərarlaşıb.

AzVision.az


Teqlər: Rusiya   Turist  





Xəbər lenti