“Valideyn hüquq mühafizə orqanlarına müraciət etməlidir”

“Valideyn hüquq mühafizə orqanlarına müraciət etməlidir”
  02 Oktyabr 2013    Oxunub:1114
“Orta mətkəbərlərdə məcburi şəkildə iş dəftərləri aldırılarsa o zaman valideynlər hüquq mühafizə orqanlarına müraciət etməlidirlər”.
Bunu jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov orta məktəblərdə iş dəftərlərinin məcburi şəkildə aldırılmasına münasibət bildirərkən deyib. O vurğualyıb ki, bununla bağlı ölçü götürüləcək:

“Qanunveriliyə əsasən buna dair ciddi ölçü götürüləcək. Belə hallar baş verirsə, biz buna qarşı mübarizə aparacayıq”.

Təhsil Naziri orta məktəblərdə dərsliklərin paylanmasında yaranan gecikmələrə də münasibət bildirib. O qeyd edib ki, bu məsələ nəzarətdədir:

“Bizdə olan məlumata görə, bu prosesə daimi olaraq nəzarət edirik və müvafiq şöbənin, Bakı şəhər Təhsil İdarəsi və Rayon Təhsil Şöbələri ilə əlaqə saxlayırıq. Bu problem həll olunub. Əgər valideynlərdə və jurnalsitlərdə dərsliklərin paylanmasımnda problem olmağı ilə bağlı məlumat varsa, biz buna operativ reaksiya verməyə hazırıq. Bir milyon 200 mindən çox şagirdin dərsliyi Azərbaycan Respublikası tərəfindən pulsuz təmin olunur”.

Fatimə Kərimli



Teqlər:  





Xəbər lenti